Avrasiya Tercume Merkezi 

Баку

avrasiyabaku.az

Вакансии

5 активных вакансий

Сферы деятельности

Услуги для бизнеса

Avrasiya Tercume Merkezi 

YÜKSƏK KEYFİYYƏT 

Mərkəzimizin əsas iş prinsiplərindən biri müştərilərə yüksək səviyyəli xidmət göstərməkdir. Mərkəz müştərilərə xidmətin səviyyəsini artırmaq məqsədilə yeni inkişaf istiqamətləri üzərində işləyir. Tərcümələri təcrübəli mütəxəssislər yerinə yetirir. Hazır tərcümədə səhvlərə yol verilməməsi məqsədilə görülən iş bir necə dəfə yoxlanılır. Nəticədə tərcümə orijinal mətnə tam üyğun tərtib edilib sifarişçiyə verilir. 
Tərcümələrin keyfiyyətlə yerinə yetirilməsinə əmin olmaq məqsədilə iri həcmli tərcümələrdə müştərilərimiz üçün bir səhifəni (1800 işarə) pulsuz tərcümə edə bilərik. Görülən işi bəyəndiyiniz təqdirdə şirkətimiz sizinlə əməkdaşlığa hazırdır. Biz sizin uğurlarınızı öz uğurumuz hesab edirik. 

OPERATİV XİDMƏT 

Müştərilərimizə operativ xidmətin göstərilməsi mərkəzimizin əsas məqsədlərindən biridir. Şirkət istənilən qaydada və həcmdə tərcümələrin tezliklə yerinə yetirilməsi imkanına malikdir. Biz sifarişlərinizin sizə lazım olan vaxtda yerinə yetirilməsinə təminat veririk. 

SƏRFƏLİ ƏMƏKDAŞLIQ 

Siz mərkəzimizə gəlmədən də xidmətlərimizdən istifadə edə bilərsiniz. Tərcümə üçün nəzərdə tutduğunuz materialları faks və ya elektron poçtu vasitəsilə bizə göndərə və qısa müddət ərzində əldə edə bilərsiniz. Bundan əlavə mərkəzdə kuryer xidməti də mövcuddur. Siz kuryer xidmətimizdən istifadə edərək tərcümə olunacaq materialı şirkətimizə çatdıra və təhvil ala bilərsiniz. 

MÜASİR TEXNOLOGİYA 

Mərkəz tərcümələrin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə daim müasir texnologiya və proqlamların tətbiqinə çalışır. Bütün bunlar bizə işlərimizi hazırkı dövrün tələblərinə uyğun qurmağa şərait yaratmaqla yanaşı, mərkəzimizin tərcümə sahəsində aparıcı şirkətlərdən biri olmasına və müştərilərimizin etimadını qazanmağımıza gətirib çıxarıb. Sizi bu şirkətlərin arasında görməkdən məmnun olarıq. 

SƏNƏDLƏRİN QORUNMASI 

Biz sizin sənədlərinizin mühafizə olunmasına və məxfi saxlanılmasına təminat veririk. Sənədlərinizin itməsindən və ya tələf olmasından narahat olmaya bilərsiniz. Sənədləriniz tam təhlükəsiz yerdə saxlanılır. 

BİZİM KOMANDA 

Biz inanırıq ki, ugurlu işə ancaq təcrübəli işçilərlə nail olmaq mümkündür. Mərkəzdə ali təhsilli, uzun illər tərcümə sahəsində çalışan, təcrübəli, təhsillərini xaricdə alan, bir n
 

Вакансии компании

Вакансии в текущем регионе: Азербайджан5

 
от 350 до 500 AZN
Баку
 
от 300 до 500 AZN
Баку
 
от 300 до 400 AZN
Баку
 
от 300 до 500 AZN
Баку
 
от 350 до 500 AZN
Баку