Медиком 

Азербайджан

Медиком 

Medicom MMC şirkəti 2010-cu ildə gənc və dinamik kadrların təşəbbüsü ilə yaradılmışdır.

Tibb sektorunda sürətlə inkişaf edən şirkətimizin əsas fəaliyyət sahəsi əhalini dayaq-hərəkət sisteminin xəstəlikləri,zədə və əməliyyatdan sonra bərpası üçün nəzərdə tutulmuş müalicəvi və profilaktik məqsədlə istifadə olunan keyfiyyətli ortopedik məhsullarla təmin etməkdir.

Aktiv həyat tərzinin qorunması və bərpası,dolğun həyata dönüş -  hər bir insanın istəyidir. Sosial məsuliyyət anlayışıyla müştəri məmnuniyyətinə yönəlmiş fəaliyyət göstərən şirkətimizin fəaliyyətinin əsas təyinatı - məhsullarımız,peşəkar və qayğıkeş xidmətimizlə insanların aktiv həyat tərzinin bərpası, həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.

Məqsədimiz - bir çox insanların: istehsalçıların,həkimlərin və şirkətin əməkdaşlarının əməyini bir araya gətirərək tibbi xidməti daha effektiv,keyfiyyətli tibbi ortopedik məhsulların istifadəsini isə daha- rahat və əlverişli etməkdir.