ООО Aqualink MMC

Баку
Сферы деятельности

ЖКХ

Услуги для бизнеса

Услуги для населения

ООО Aqualink MMC

AquaLink Azərbaycan şirkəti ölkəmizdə su təmizliyi və su hazırlanması sahəsində fəaliyyət göstərməkdədir. Şirkətimiz Avropanın fiziki və kimyəvi su təmizləmə sahəsində ixtisaslaşmış bir çox müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir.

Aqualink MMC su kimyəvi vasitələri hazırlanması (istehsalı) sektorunda, o cümlədən içmə suyu dezinfektantları, qazanxana, soyutma sistemi kimyəvi əlavələri, səth dezinfektantları və CİP temizliyi sahəsində uzun illik təcrübəsi olan bir müəssisədir. Müəssisənin istehsalı olan bir çox məhsul patentləşdirilib və istifadə və istehsal hüquqları qorunur. Elmi araşdırmalar və sınaqlar nəticəsində bir çox inqilabi kəşflər edilmişdir.

Hazırda AquaLink Azərbaycan şirkəti Türkiyənin bir çox şirkətlərinin məhsullarını Azərbaycan bazarında satışını və satış sonrası xidmətlərini həyata keçirir. Türkiyənin geniş bazar payına malik və ən öncül şirkətlərinin su təmizliyi, su hazırlanması, layihələndirilməsi və dezinfeksiyası sahəsində xidmətlər göstərən şirkətlərin ölkəmizdə təmsilçiliyini həyata keçiririk. Referanslar bölməsində əməkdaşlıq etdiyimiz şirkətlərin bir qismi ilə tanış ola bilərsiniz. Bununla yanaşı Almaniyanın su təmizliyində istifadə olunan xüsusi təyinatlı avadanlıqlarının (filtrə, əks osmos, su yumşaldıcıları) idxalı, quraşdırılması və layihələndirilməsi şirkətimiz tərəfindən həyata keçirilir.

İçməli və Texniki suyun hazırlanması sahəsində Danimarkanın EUROWATER şirkətinin rəsmi distribütorluğunu həyata keçirən AquaLink Azərbaycan şirkəti, bu sahədə kompleks həllər təklif edir. Eyni zamanda, satış sonrası texniki xidmət və satılan avadanlıqlara avropa zəmanəti təqdim edilir.

Tullantı sularının təmizlənməsi sahəsində Avropanın qabaqcıl firmalarından olan "Nijhuis İndustries" şirkətinin rəsmi nümayəndəsi kimi ölkəmizdə tullantı sularının təmizlənməsi, tullantının dəyərləndirilməsi sahəsində məhsul və xidmətlər təklif edir.

AquaLink Azərbaycan şirkəti Amerikanın "Culligan" şirkətinin rəsmi Azərbaycan tərəfdaşıdır. Culligan şirkəti su və tullantı suları hazırlanmasında unikal həllər təqdim edir.

Aqualink Azərbaycan AOSmith ilə əməkdaşlığa başlamışdır və bu əməkdaşlığın daha da genişlənməsi üçün yeni layihələr üzərində işləyir.

Компания не разместила информацию об открытых вакансиях.