ООО Seyyar-A 

Сумгаит

ООО Seyyar-A 

Haqqımızda

XİDMƏTİ VƏ KEYFİYYƏTİ EVİNİZƏ GƏTİRİRİK!

“SƏYYAR-A” şirkəti 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət “WEST” məişət avadanlıqlarının Respublikamıza idxal edilməsində eksklüziv hüquqlara malik yeganə şirkətdir. Mətbəx əşyaları və avadanlıqlarının satışı üzrə ixtisaslaşmış “SƏYYAR-A”  şirkəti alıcılara “Keyfiyyəti evinizə gətirək” devizi altında xidmət göstərir. Hal-hazırda şirkətin ölkə daxilində filialları fəaliyyət göstərməkdədir.  Bura Bakı baş ofisi ilə yanaşı, Lənkəran, İmişli, Gəncə, Şəki, Xaçmaz filialları və onlar əhatəsində olan regionlar daxildir.

            Məhsulların keyfiyyəti ilə seçilən  “SƏYYAR-A” müştərilərinə yalnız yüksək keyfiyyətli məhsullar təqdim edir. Şirkət öz məhsullarını ünvanlara pulsuz çatdırmaqla yanaşı, sərfəli qiymət və çox əlverişli kredit şərtlərini (faizsiz) öz alıcılarına təqdim edir və bütün məhsullarının keyfiyyətinə zəmanət verir. Kredit ödənişi müştərilərin rahatlığını təmin etmək məqsədi ilə maksimumdərəcədə sadələşdirilərək aylıq faiz ödəmədən, vaxta qənaət edərək və hər hansı banka getmədən, yalnız və yalnız şirkətin kredit yığımı nümayəndəsinin hər ay müqavilə sənədində göstərilən tarixlərdə müştərinin ünvanından götürülməklə həyata keçirilir.