ООО T and N Construction

ООО T and N Construction

“T&N Construction” MMC - Tikinti layihələrinin işlənib hazırlanması və inşaat üzrə bütün növ xidmətlər göstərən bir şirkətdir, və Bakı şəhərində bir sıra ən nüfuzlu layihələrin yerinə yetirilməsində birbaşa iştirak etmişdir.
“T&N Construction” MMC şirkəti 2011-ci ildə fəaliyyətə başlayıb və yarandığı vaxtdan yüksək inkişafa nail olub.
“T&N Construction” MMC şirkətinin portfoliosuna dövlət obyektləri ilə bərabər bir sıra özəl obyektlər də daxildir. Bu işləmələrə yaşayış binaları, ticarət və ofis mərkəzləri, otellər , ictimai və inzibati binalar, sənaye binaları və s. geniş miqyaslı layihələr daxildir.

“T&N Construction” MMC -nin əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa, şirkətimiz Küveyt, Gürcüstan, Norveç, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası ilə müxtəlif infrastruktur layihələr həyata keçirir.

Fəaliyytəinin ilk mərhələsindən “T&N Construction” MMC şirkəti qabaqcıl beynəlxalq şirkətlərlə uğurlu partnyorluq əlaqələri quraraq ölkəmizin inşaat bazarına müasir texnologiya və məhsulların tətbiqinə üstünlük verir. SMTS, ARPA Consulting, PASA Construction, Renessans Construction, Gilan Construction, AZƏRSU ATSC, TOKYO Engineering və s. şirkətlərlə əməkdaşlıq edir.

“T&N Construction” MMC özünün yüksək ixtisaslı kadrlarına və güclü texniki bazasına güvənərək yüksək keyfiyyət və tez bir zamanda layihələrin və inşaatının yüksək formada həyata keçiriləməsini qarşısına məqsəd qoymuşdur və hal hazırda inamla bunu həyata keçirməkdədir.

İşçilərimiz öz sahəsi üzrə geniş biliyə və dərin təcrübəyə malikdir. Bizim mühəndislərimiz, layihə mütəxəssislərimiz və dizaynerlərimiz müasir dizayn növləri və stilləri üzrə böyük portfel yığa bilmişlər.

“T&N Construction” MMC inşaat-layihə Şirkəti layihələrin eskiz, texniki, layihə və işçi mərhələrini və bütün bölmələrini həyata keçirir.

Lisenziyalarımız

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə icazə üçün lisenziya.
Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə üçün lisenziya.

Struktur

“T&N Construction” özünün yüksək ixtisaslı kadrlarına və güclü texniki bazasına güvənərək yüksək keyfiyyət və tez bir zamanda layihələrin yüksək formada həyata keçiriləməsini qarşısına məqsəd qoymuşdur və hal hazırda inamla bunu həyata keçirməkdədir.

Ümumilikdə “T&N Construction” 80 nəfərdən çox mühəndis heyətinə malikdir. Kollektivin böyük hissəsini iş təcrübəsi 5 ildən çox olan mühəndislər təşkil edir.

Xidmətlərimiz

“T&N Construction” inşaat və layihələndirmə sahəsində ixtisaslaşan və bütün növ inşaat xidmətləri həyata keçirən müasir tikinti şirkətidir.

Xidmətlərimizə aşağıdakılar daxildir:

Memarlıq və dizayn
  • Eskiz layihəsi
  • İşçi layihə
  • 3D vizualizasiya
  • Dizayn həlləri
  • 3D animasiya
Konstruksiya
  • Sənaye və mülki tikinti
  • Konstruksiya həlli
  • Konstruktiv hesabat
  • 3D görüntü
  • Rekonstruksiya layihəsi
  • İşçi layihə
Mühəndis sistemləri
  • Su və kanalizasiya
  • İstilik təchizatı
  • Ventilyasiya
  • Kondisionerləşdirmə
  • Rabitə və siqnalizasiya
  • Elektrik təchizatı
Texniki bölmə
  • Tikintinin faktiki qiymətləndirilməsi
  • Tikintinin təqvim planının hazırlanması
  • Tikintinin təşkili layihəsinin hazırlanması
  • Maliyyə qrafikinin hazırlanması
  • Subpodratçı seçimləri
Mühəndis axtarışlar və baş plan
  • Topoqrafik plan
  • Geoloji kəşfiyyat
  • Baş plan
  • Nişanlanma planı
  • Abadlaşdırma planı
Компания не разместила информацию об открытых вакансиях.